XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 November 2015 - 12:31

Dünyanın ən hündür adamı vəfat etdi – 26 yaşında

Dünyanın ən hündür adamı – Taylanddan olan 26 yaşlı Surin Pornçay Saosri dünyasını dəyişib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Saosarinin anası məlumat verib. Boyu 268 sm. olan gənc bədən quruluşuna görə bir neçə xəstəlikdən əziyyət çəkirdi.

Uzun müddətdir özünü yaxşı hiss etməyən Saosari yataqdan qalxmırdı. ölümündən əvvəl o, 8 gün xəstəxana şəraitində müalicə olunmuşdu. 

Dünyanın ən hündür adamı olmasına baxmayaraq, Surinin adı Ginnesin «Rekordlar» kitabına düşməmişdi. Kitabda boyla bağlı rekord göstərici Türkiyədən olan Sultan Kesenə (251 sm) aiddir.