Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin “Qətiyyətli dəstək” formatında keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.
Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, tədbir mayın 17-də NATO-nun mənzil-qərargahında baş qərargah rəisləri səviyyəsində keçiriləcək.