XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

16 May 2017 - 17:57

Rusiyanın baş naziri Türkiyəyə gedir –Səbəb

Rusiya Baş naziri Dmitri Medvedyev mayın 22-də İstanbula gedəcək.

Rəsmi məlumata görə, o, İstanbulda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin hökumət və dövlət başçılarının konfransında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.

Toplantıda təşkilata üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi, quru yolu, dəniz və enerji infrastrukturlarının inkişaf etdirilməsi və başqa məsələlər müzakirə olunacaq/Axar.az.