XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2017 - 19:56

Azərbaycan “Beynəlxalq Ordu Oyunları – 2017” konfransında iştirak edəcək –Açıqlama

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları – 2017” yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Bu barədə Strateq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2017” yarışlarının cari ilin iyul 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçirilməsi planlaşdırılır.