XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

16 May 2017 - 23:48

“ABŞ və AB Ukraynanın Rusiya vətəndaşlarına tətbiq etdiyi sanksiyalar qarşı səssizdir” –Zaxarova

"Ukraynanın Rusiya vətəndaşlarına və mətbuatına tətbiq etdiyi sanksiyalar siyasi senzuranın bir nümunəsidir".

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Kiyev vətəndaşlarına nüfuz etmək üçün bütün vasitələrdən istifadə edir. Musiqi və ədəbiyyat qadağasından tutmuş, hərbi müdaxilələrə qədər. Yeni sanksiya qərarı siyasi motivləri özündə ehtiva edir. ABŞ və AB bu qərarlara qarşı səssizdir”, – XİN sözçüsü bildirib.

Qeyd edək ki, Ukrayna hökuməti Rusiyanın bir neçə televiziyasının ölkə ərazisində yayımlanmasını qadağan edib.

Axar.az