XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 May 2017 - 10:08

Bakı-2017:Rəsul Çunayev yarımfinalda

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.

Trend-in məlumatına görə, Azərbaycan güləşçisi Rəsul Çunayev (71 kq) mübarizəyə 1/4 finaldan qoşulub.

O, Əlcəzair güləşçisi Akrem Budjemlinlə qarşılaşıb. R.Çunayev rəqibini 8:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.