Azərbaycan vətəndaşları Vyetnamda vizasız istirahət edə biləcəklər.
Strateq.az Trend-ə istinadən məlumat verir ki, bu barədə Vyetnam Baş naziri fərman imzalayıb. Fərmana əsasən, gələn ildən etibarən yerli vətəndaşlar Vyetnama vizasız səyahət edə biləcəklər.
Qərar bütün ölkələr üçün keçərlidir. Fərman qüvvəyə minən gündən etibarən gələn turistlərdən yalnız aldıqları turpaketin əsasında dəvətnamə tələb ediləcək.
Növbəti ilin turizm mövsümündə Vyetnamı 8 milyondan çox xarici turistn ziyarət edəcəyi gözlənilir. Hazırda Azərbaycan vətəndaşları Vyetnama giriş zamanı 45 ABŞ dollarına viza əldə edirlər.