XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

17 May 2017 - 13:43

Səudiyyə Ərəbistanı Bakıda müsəlman idmançıların şərəfinə ziyafət verdi- FOTOLAR

“IV İslam Həmrəyliyi Oyunları idman vasitəsilə müsəlman ölkələrini bir araya gətirib, onları bu yarışlar ətrafında birləşdirib”.

Strateq.az  xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Olimpiya Komitəsinin vitse-prezidenti, şahzadə Əbdülhəkim bin Müsaid Al Səud bildirib. Oyunlara 200 nəfərdən ibarət böyük nümayəndə heyəti ilə təmsil olunduqlarını xatırladan şahzadə, idmançıların bu Oyunlara yüksək əzmkarlıqla hazırlaşdıqlarını diqqətə çəkib. IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyi üçün çox böyük əhəmiyyəti olduğunu, Azərbaycanın bu Oyunları yüksək səviyyədə təşkil etdiyini bildirən vitse-prezident İslam həmrəyliyinə böyük töhfə verən bu addıma görə ölkəmizə minnətdarlığını bildirib: “Oyunlarda əsas məqsəd müsəlman xalqları arasında həmrəyliyin və yaxınlığın əldə edilməsidir. Buna görə də bu Oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi, idman sahəsində də gücləndirəcək”.

Əbdülhəkim bin Müsaid Al Səud əlavə edib ki, ölkə başçısının bu Oyunların keçirildiyi 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi prezidentin bu məsələyə göstərdiyi diqqəti əks etdirir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsi səfirliklə birgə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılarının şərəfinə ziyafət verib. Tədbirdə “Bakı 2017”də iştirak edən Səudiyyə Ərəbistanı idmançıları ilə birgə  Azərbaycanda fəaliyyət göstərən diplomatic korpusların nümayəndələri, digər rəsmilər iştirak edib.

L.SƏMLA

Strateq.az