“Sazişin şərtləri İranın nüvə silahı yaratmasına yol açacaq”
İsrailin baş naziri Netanyahu bu gün təhlükəsizlik üzrə ekspertlərin iştirakı ilə Nazirlər Kabinetinin iclasını keçirdib.
Strateq.az İsrail KİV-ə isnadən bildirir ki, iclasa səbəb İranın nüvə proqramı üzrə sazişin bağlanması olub.
Netanyahu iclasda deyib: “Daha yaxşı saziş bağlanmayınca biz İrana təzyiq göstərməliyik”.
Məlumata görə, Netanyahu ABŞ prezidenti Obama ilə telefon söhbətində İranla razılaşmanın əsas müddəalarını kəskin şəkildə tənqid edib. O hesab edir ki, sazişin şərtləri İranın nüvə silahı yaratmasına “yol açacaq”.
Yerusəlimdə yüksəkrütbəli məmurlar İrana hərbi təsir üsullarını və o cümlədən İranın atom obyektlərinə hava zərbələri endirmək planlarını nəzərdən keçirtməyə hazırdır.
ABŞ respublikaçıalrı da sözügedən sazişdən narazıdırlar. Respublikaçı senator Mark Kerk bu sazişi ABŞ-ın 1930-cu illərdə Hitlerlə bağladığı sülh sazişi ilə tutuşdurub. Onun partiyadaşı Marko Rubio isə Tehranla danışıqların nəticələrini “çox böyük səhv” adlandırıb.