XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 16:08

Deputatdan MTN-də işləmiş kürəkəninin həbs xəbərinə – REAKSİYA

Millət vəkili Astan Şahverdiyevin kürəkəni Qaçay Nəcəfovun həbs edilməsi xəbərinə sərt reaksiya verilib.

Xatırladaq ki, Aznews.az Q.Nəcəfovun adının “MTN işi”ndə hallandığını və bu səbəbdən dünən həbs edildiyi haqda xəbər yayıb. 

A.Şahverdiyev kürəkəninin Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olduğunu təsdiqləsə də, onun nazirlikdəki işi ilə çoxdan vidalaşdığını və həbsi ilə bağlı xəbərlərin əsassız olduğunu bildirib:

“Kürəkənim 1 il 6 ay əvvəl nazirlikdəki haqsızlığa dözməyərək öz ərizəsi ilə Milli Təhlükəsizlik Nazirliyindəki işindən ayrılıb. O, yarım saat əvvəl uşaqlarını məktəbdən gətirib. Ona görə də bu yayılan məlumatların heç bir əsası yoxdur.

Bu xəbəri yayanlara demək istəyirəm ki, insanı şərləmək olmaz. Mənim ailəm, kürəkənim, yoldaşım, övladlarım və nəvələrim pak və təmiz insanlardırlar. Biz ailəlikcə dövlətə və dövlətçiliyə sadiqik”.