XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2017 - 13:00

Daha bir güləşçimiz yarımfinalda –İslamiada

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında dörddə bir finalda ilk görüşünü keçirib.

İdmançımız yarımfinal uğrunda mübarizədə Pakistan təmsilçisi Xan Musab Akram ilə qarşılaşıb. İdmançımız 9:0 hesabı ilə rəqibinə vaxtından əvvəl qalib gələrək yarımfinalda mübarizə aparmaq şansı qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. 

Trend