“Ədən körfəzi ətrafında təhlükəsizlik durumu dəyişilib”
çin Ədən körfəzinə üç hərbi gəmi göndərib.
Strateq.az çin mətbuatına isnadən bildirir ki, bu gəmilər boğazdan keçən mülki gəmiləri qoruyacaq.
Nəşrin məlumatına görə, raket daşıyan “Szinan”, gözətçi raket freqatı “İyan” və “Syandaohu” dəstək gəmisi bu gün liman şəhəri çjoşuanı tərk edib.
Gəmilərdə iki helikopter və onlarla xüsusi təyinatlı, həmçinin çin ordusunun 800-dən çox əsgər və zabiti yerləşdirilib.
çXR hərbi-dəniz qüvvələri komandirinin müavini Du Szinçenin bildirdiyi kimi, Ədən körfəzi ətrafında təhlükəsizlik durumu dəyişilib və Somalinin dəniz quldurları ilə bağlı vəziyyət əvvəlki kimi gərgindir.