XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2015 - 21:28

Hakimi yumruqlayan azərbaycanlı futbolçunun cəzası açıqlandı – VİDEO

Rusiya Futbol İttifaqı «Viraj» klubunun oyunçusu, futzal üzrə yığma komandamızın sabiq üzvü Sərxan Mikayılovla bağlı qərarını açıqlayıb.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmyerlimiz futboldan 2 il müddətinə uzaqlaşdırılıb. 

Sərxan Mikayılov barəsində Rusiya Futbol İttifaqının İntizam Komitəsinin milliyyətcə erməni olan sədri Artur Qriqoryants qərar çıxarıb. 

Xatırladaq ki, Sərxan Mikayılov oyun zamanı hakimi yumruqla vurub. Hadisə oktyabrın 31-də futzal üzrə Rusiya çempionatının Qərbi Sibir zonasında baş tutan “Kurqan” – “Viraj” matçında baş verib. Epizodların birində rəqib futbolçunun müdaxiləsindən sonra “Viraj”ın oyunçusu Mikayılov ardıcıl iki dəfə yerə yıxılsa da, hakim məhz onların əleyhinə sərbəst zərbə təyin edib.

Buna əsəbiləşən millimizin sabiq üzvü topu ona tərəf atıb. Hakimin bu hərəkətə görə ona qırmızı vərəqə göstərməsi isə S.Mikayılovu daha da qəzəbləndirib. Nəticədə Mikayılov yumruq zərbəsi ilə hakimi yerə sərib və bundan sonra zalı tərk edib. Qeyd edək ki, görüş “Kurqan”ın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.