XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

18 May 2017 - 16:50

“Azəravtoyol”dan sürücülərə –Xəbərdarlıq

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

"Azəravtoyol” ASC-dən Strateq.az-a verilən məlumata görə, məhdudlaşdırma təqribən yolun 2 km-lik sahəsini əhatə edir və işlər bitənədək qüvvədə saxlanılacaq.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddətə aparılaraq yekunlaşdırılması planlaşdırılır.

Növbəti mərhələdə sözügedən avtomobil yolunun Məmmədli və Digah qəsəbələri arasında yerləşən hissəsində işlər davam etdiriləcək.