XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2017 - 21:24

ABŞ-da sürücü avtomobili piyadaların üstünə sürüb –1 nəfər ölüb, 20 yaralı var

Nyu Yorkda sürücü avtomobili piyadaların üstünə sürüb, nəticədə azı 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb.   

APA-nın  “CBS” telekanalına istinadən verdiyi xəbərə görə, insident “Tayms skver” meydanında baş verib.   

Yüksək sürətlə hərəkət edən avtomobil səkiyə çıxaraq piyadaların üstünə sürüb. Hadisə şahidləri sürücünün cinayəti bilərəkdən törətdiyini iddia edirlər.  

Polis nümayəndəsi insidentin terrorla əlaqəsinin olmadığını bildirib.