XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2017 - 21:38

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası qalib oldu –İslamiada

Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv finalda Türkiyə yığmasını yenib – 3:1. 

Bakı Kristal Zalında keçirilmiş həlledici görüşdə "ay-ulduzlular" yalnız ikinci seti qalib kimi başa vura biliblər. Qalan setlərdə üstün oyun sərgiləyən Azərbaycan millisi yekunda İslamiadanı qızıl medalla başa vurub. 

FİNAL

19:30. Azərbaycan – Türkiyə – 3:1 (25:12, 23:25, 25:20, 25:21)