XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

12 Noyabr 2015 - 04:16

General Elçin Quliyev Qazaxıstana getdi – MDB komandanlarıyla görüşəcək

elcinquliyev.jpg

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edib.

Strateq.az bildirir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat verib.

E. Quliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astana şəhərində keçiriləcək 74-cü iclasında müşahidəçi qismində iştirak edəcək .

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə bir sıra sərhəd qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 12-dək davam edəcək.