XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

19 May 2017 - 10:49

Bakı Fond Birjasının üzv oduğu Beynəlxalq Federasiya ofisini Yerevanaköçürür

1995-ci ildə İstanbulda yaradılan və 22 ildir Türkiyədə fəaliyyət göstərən, Bakı Fond Birjasının (BFB) da üzv oduğu Avrasiya Birjaları Federasiyası (Federation Euroasia sec- FEAS), mərkəzi ofisini İstanbuldan Ermənistanın paytaxtı İrəvana köçürür.

 "Marja" xəbər verir ki, FEAS sədri və Misir Birjasının sədri Məhəmməd Omran üzvlərinə göndərdiyi e-poçt ilə FEAS-ın, 16 Mayda Tehranda keçirilən Növbədənkənar Ümumi yığıncağında, səsçoxluğu ilə Federasiyanın mərkəzinin İstanbuldan İrəvana köçürmək qərar verildiyini bildirib.

Omran, Birja İstanbul və Birja İstanbulun səhmdarı olduğu Sarayevo Birjasının FEAS-dan çıxmasının ardından yerlərinə Kipr Birjası və İran Fara Birjasının gəldiyini qeyd edib. Türkiyə FEAS-ın qurucu üzvləri arasında yer alırdı və təşkilatın mərkəzi ofisi Birja İstanbulun binasında idi. Birjaya yaxın mənbələr, Asiya, Balkan ölkələri, Şimali Afrika və Yaxın Şərq ölkələrinin üzvü olduğu FEAS-ın əhəmiyyətli bir şəbəkə olduğunu, Türkiyənin yaratdığı bu təşkilatın mərkəzinin Ermənistana köçürülməsinin sektor üçün bəxtsizlik olduğunu bildirir.

Ölkə birjaları arasında regional əməkdaşlıq əlaqələrini artırmaq məqsədilə yaradılan FEAS çərçivəsində mühüm müqavilələrə imza atılmışdı.

1995-ci ildə İstanbulda qurulan və 22 ildir Türkiyədən fəaliyyət göstərən FEAS-a Asiya, Balkan ölkələri, Şimali Afrika və Yaxın Şərqdən 33 ölkənin birjaları üzvdür. Bununla yanaşı, FEAS-ın 11 birja olmayan üzvü, 3 müşahidəçi üzvü və 4 də mübadilə təşkilatı üzvü var. Bakı Fond Birjası da 2001-ci ildən etibarən Avro-Asiya Fond Birjaları Federasiyasının (FEAS) üzvüdür.