XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2015 - 07:09

Pensiyaçıların nəzərinə! – DSMF sədri qəbul keçirəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri  Elman Mehdiyev noyabrın 19-da  saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. 

Bu barədə Strateq.az-a Fondun ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Bildirilib ki, qəbulda Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edə biləcəklər.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
 

           Fondun Aparatında                           (012) 434-12-34
           Ağcabədi rayon şöbəsində                (02122) 5-50-54
           Beyləqan rayon şöbəsində                (02122) 5-29-63
           Bərdə rayon şöbəsində                      (02020) 5-71-11
           Zərdab rayon şöbəsində                    (02029) 6-45-59    

Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.