XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2015 - 08:18

Keçmiş nazir Azərbaycana yeni model BMW gətirdi

“Improtex Motors” şirkəti öz sərgi-satış salonunda yeni 7-ci seriya BMW avtomobilinin təqdimatını keçirib. Təqdimat mərasimi dünən baş tutub. Məlumata görə, yeni avtomobilin qapalı təqdimatı 3 gün davam edəcək.

“Improtex Motors” şirkəti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. Füzuli Ələkbərov 2013-cü ilin oktyabr ayında tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılması həmin ilin yanvar ayında Ismayıllıda baş verən iğtişaşlarla bağlıdır.

Füzuli Ələkbərov işdən çıxarıldıqdan sonra isə yeni nazir Səlim Müslümov onun fəaliyyətində çoxsaylı nöqsanları ictimailəşdirib, xeyli sayda adam işdən çıxarılıb, hətta həbs olunanlar da olub. Lakin Füzuli Ələkbərovla bağlı hər hansı tədbir görülməyib(azadliq.info).