XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

19 May 2017 - 15:40

Nazir:“İdmançılarımız İslamiadada möhtəşəm çıxış edirlər”

“Azərbaycan idmançıları-istər kişi, istərsə də qadın idmançılarımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında möhtəşəm çıxış edirlər”.

Bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfransda çıxışı zamanı deyib.
 

Nazir bildirib ki, bu günə kimi IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 116 medal qazanıb: “66 medal kişilərin, 50 medal isə qadınların payına düşür”.  (APA)