XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2017 - 19:08

Macarıstan səfiri:“Cənubi Qafqaz ölkələri arasında ən güclü münasibətlər Azərbaycanladır”

“Macarıstanın Cənubi Qafqaz ölkələri arasında ən güclü münasibətləri Azərbaycanladır”.

Bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski səfirlikdə Macar yeməkləri və içkilərinin dequstasiyası ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, dünya iqtisadiyyatındakı tendensiyaya rəğmən, iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilir: “Azərbaycan-Macarıstan ticarət dövriyyəsi Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəmizin yarısını təşkil edir. İki ölkə arasında münasibətlər çox dinamik inkişaf edir, işgüzar əlaqələr genişlənir. 2013-cü ildən Macarıstanın Azərbaycanda ticarət evi fəaliyyət göstərir". 

Səfir bildirib ki, tədbirdə təqdim olunan məhsullar “World Food Baku” sərgisində də nümayiş olunub. 

Sonra Macarıstanın məhsul və içkilərinin dequstasiyası həyata keçirilib. (APA)