XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2017 - 10:22

Qadağan olunmuş xüsusi zolağa daxil olan1000-dən çox sürücü cərimələnib

Mayın 5-dən bu günə qədər Bakı – 2017 IV İslam Həmrəyliyi ilə əlaqədar paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib.

Trend-in məlumatlna görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, paytaxt yollarında bəzi hallarda yol polislərinin icazəsi ilə sürücülərin həmin zolaqlara çıxmasına icazə verilir:

"Ərazidə tıxac və sıxlıqlar yaranması üçün bəzi hallarda yol polisləri sürücüləri həmin zolaqlara yönəldir və bu halda onlara protokol tərtib olunmur. Digər hallarda isə icazəsiz zolağa daxil olan avtomobillərin sürücüləri cərimələnir".

K.Əliyev bildirib ki, paytaxt sürücülərinə bununla bağlı müraciət edəndən sonra onlar bu qaydalara riayət edirlər.