XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2017 - 12:28

Cocuq Mərcanlıda piyada və tank əleyhinəminalar tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 495 qəlpə, 2 ədəd partlamamış hərbi sursat (PHS) (30 mm-lik silah qumbarası (VOQ-17)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina (1 ədəd TM-57 minası və 7 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, nəticə etibarilə 19 min 064 kvadratmetr ərazi tam təmizlənib, 28 min 100 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.