XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2015 - 09:58

Konstitusiya Məhkəməsi seçki ilə bağlı 10 gün ərzində qərarını verəcək

 

ferhad abdula.jpg

Konstitusiya Məhkəməsi noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələrinin təsdiq edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, KM bu təcrübəni bir neçə dəfə keçib. F. Abdullayev deyib ki, seçkilərlə bağlı sənədlər hazırda Mərkəzi Seçki Komissiyasındadır: “Mərkəzi Seçki Komissiyası qanuna əsasən səsvermə günündən sonra 20 gün müddətində yekun qərarını verir və bundan sonra sənədlər Konstitusiya Məhkəməsinə göndərilir. Konstitusiya Məhkəməsi qanunda nəzərdə tutulan 10 gün müddətində öz qərarını verəcək və bundan sonra Milli Məclis ilk iclasına başlayacaq”.