XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2015 - 10:32

BMT-də Azərbaycan rəsmilərinə işgəncə ilə bağlı 90 sual: Cavab hazırlanır

 

BMT-sessiya-1.jpg

Noyabrın 11-12-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində keçirilən iclasda Azərbaycan nümayəndə heyətinə 90 sual verilib.

İşgəncələr Əleyhinə ümumdünya Təşkilatından Turan-a bildirilib ki, iclas iştirakçılarının və Komitənin 10 üzvünün sualları məhbuslarla, ilk növbədə tanınmış hüquq müdafiəçiləri ilə qeyri-insani rəftara aid olub.

Azərbaycanın müxtəlif qurumlarını təmsil edən nümayəndə heyəti bu gün üç saat ərzində qarşıya qoyulan suallara cavab verməlidir. Bundan sonra dəqiqləşdirici suallar olacaq.

Bir neçə həftədən sonra Komitə “Yekun müşahidələr” adlı sənəd dərc edəcək. Sənəddə qurumu narahat edən məsələlər və tövsiyələr əksini tapacaq