XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2017 - 16:31

Bakıda zavodda partlayış- Ölən var

Bakıda zavodda partlayış hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün saat 14:00 radələrində paytaxtın Nərimanov rayonundakı Bakı Mexaniki Tökmə Zavodunda baş verib.

Kislorod balonlarında baş verən qəfil partlayış nəticəsində iki qardaş xəsarət alıb. Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Məmmədov Zamiq Qəhrəman oğlu dünyasını dəyişib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, ölən və xəsarət alan qardaşlar zavoda qaz balonlarını doldurmağa gəlibmiş. Həmin vaxt zavodda partlayış baş verib.