XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2017 - 17:18

Bakı-Ankara aviareysinin uçuş vaxtısərnişinin xəstələnməsinə görə dəyişdirilib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 16:00 radələrində həyata keçirməli olduğu Bakı-Ankara aviareysi ləngiyib.

Bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Məlumata görə, uçuşun yerinə yetirilməməsinə səbəb qadın sərnişinlərdən birinin ürəyində ağrı yaranması olub. Buna görə də, təyyarənin havaya qalxması ləngiyib.

Aviareysin 18:00 radələrində həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, fotoları "facebook"da “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu paylaşıb.