XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2015 - 12:31

MTN əməliyyat keçirdi

Azərbaycana qanunsuz olaraq narkotik vasitə daşınmasının qarşısı alınıb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan – 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar. 

Hazırda faktla bağlı araşdırmalar aparılır.