XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2017 - 19:30

Prezident İlham Əliyev İslamiadanın sərbəst güləş yarışlarınınqaliblərini mükafatlandırıb

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri İslamiadanın sərbəst güləş yarışlarının final qarşılaşmasına baxıblar.

Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib.

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş üzrə yarışlarda 61 kq çəki dərəcəsində Hacı Əliyev qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.