FİFA prezidentliyinə beş nəfərin namizədliyi təsdiqlənib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentlik uğrunda mübarizədə UEFA baş katibi Canni İnfantino, FİFA-nın vitse-prezidenti, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Cənubi Afrika Respublikasının tikinti naziri Tokio Seksvale, FİFA baş katibinin keçmiş müavini Jerom Şampan və Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim əl-Xəlifə yarışacaq.
UEFA prezidenti Mişel Platini siyahıdan kənarda qalıb. Bu ilin oktyabrında FİFA-nın Etika Komitəsi onu futbol fəaliyyətindən 90 gün müddətinə uzaqlaşdırmışdı.
Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək.