Təhsil İnstitutunun Təhsil Texnologiyalar Mərkəzi müəllimlərin və direktorların işə qəbulu üzrə elektron sınaq imtahanlarını keçirməyi davam edir. Növbəti sınaq imtahanları mayın 27-də 220 nömrəli məktəbdəki imtahan mərkəzində təşkil olunacaq.
Mərkəzdən Azərtac-a bildiriblər ki, real imtahan şəraitini hiss etmək istəyənlər, müəllim olmağa namizədlər biliklərini sınamaq üçün qeydiyyatdan keçməlidirlər.
İmtahana qeydiyyat üçün http://bit.ly/2pn1g5M, http://bit.ly/2qZFntQ linklərdən istifadə etmək mümkündür.