ABŞ Gürcüstan ordusunda islahatların keçirilməsinə kömək edəcək. Bu barədə Pentaqon rəhbəri Ceyms Mettisin Gürcüstanın müdafiə nazirliyinə ünvanladığı məktubda bildirilir.
“Müdafiə Departamenti hərbi islahatın bu ambisiyalı prosesində Gürcüstana kömək etməyə hazırdır”, – deyə o qeyd edib.
Mettis, ölkə rəhbərliyinin seçilən kursa və prinsiplərə sadiq qalmasını çox vacib olduğunu qeyd edib. (APA)