XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2017 - 10:52

Numan Qurtulmuş:"O, Bakıda FETÖ-çulara qarşı mübarizə aparırdı"

SSRİ-nin dağıldığı dönəmdə FETÖ təhlükəsini ilk anlayanlardan biri də mərhum Turan Yazqan Xoca idi.

Bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş Kültür Ocağı Vəqfi tərəfindən təşkil edilən “Uluğ bəylər Turan Yazqan” panelində çıxışı zamanı (KOCAV)deyib.

“Bir zamanlar bu şəxs çox açıq şəkildə FETÖ təhdidinin olduğunu söyləyərdi. Sadəcə, Türkiyə üçün deyil, bütün türk dünyası üçün belə bir bəlanın olduğunu vurğulayırdı. Həm Bakı, həm də Qırğızıstanda onlarla mübarizə apardığını bilirik. Təəssüf ki, Turan Yazqan kimi konkret hədəfləri olan insanlar getdikdə azalır”, – Qurtulmuş bildirib.

Qeyd edək ki, Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu olan mərhum Turan Yazqan Xoca türk dövlətlərində yaşayan aztəminatlı ailələrin övladlarının təhsil almasında böyük əməyi keçib.

Yazqan Xoca 2012-cü ildə 74 yaşında uzun sürən xərçəng xəstəliyindən vəfat edib. (Axar.az)