XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 May 2017 - 13:41

Sabah Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək –Batumidə

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında memorandum imzalanacaq

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfərdədir.

Z. Həsənov bu gün Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib.

Sabah Z. Həsənovun səfər çərçivəsində Gürcüstanlı həmkarı Levan İzoriya ilə  görüşü planlaşdırılıb. İki ölkə arasında ikitərəfli müdafiə məsələləri müzakirə olunacaq və nazirliklər arasında memorandum imzalanacaq.

Sabah Azərbaycan müdafiə nazirinin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşləri də planlaşdırılıb. Z. Həsənov sabah axşam saatlarında isə Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin iştirak etdiyi üçtərəfli görüşə qatılacaq. (APA)