XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2017 - 15:35

QDİƏT-in yeni binasının açılış mərasimi keçirilib –İstanbulda

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının xüsusi iclasından sonra təşkilatın yeni binasının açılış mərasimi keçirilib.

QDİƏT-in baş katibi Maykl Kristides bildirib ki, yeni bina təşkilatın fəaliyyətinin daha səmərəli olmasına xidmət edəcək. 

Türkiyənin xarici işlər nazirinin köməkçisi Ahmet Yıldız deyib ki, QDİƏT üçün tamamilə yeni bina inşa olunub: “Biz binanın inşa olunması üçün dəstək göstərən Maliyyə Nazirliyə təşəkkür edirik. Düşünürəm ki, yeni bina Qara Dəniz Əməkdaşlıq Təşkilatının fəaliyyətinin gücləndirilməsinə xüsusi töhfə verəcək”. (APA)