Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzya Rusiya Ali Məhkəməsi mayın 15-də tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirib.
V. Nebenzya UAK-ın qeydiyyatının ləğvinin siyasətlə bağlı olmadığını və Moskva-Bakı münasibətlərinə təsir göstərməməli olduğunu bildirib.
V. Nebenzya deyib ki, bu, iki dövlət arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır: “Məsələ hüquqi müstəvidədir, buna belə də baxmaq lazımdır. Bu qərar siyasi iradə ilə bağlı deyil. Qərar Rusiya hüquq-mühafizə orqanları UAK-ın qeydiyyatında hüquqi prosedurların pozulmasını aşkarlaması ilə bağlıdır. Mən tam əminəm ki, bu məsələ Azərbaycanla münasibətlərimizə təsir göstərməməlidir”. (APA)