Mərkəzin mənzil-qərargahı Ər-Riyadda yerləşəcək
Yeni yaradılacaq Ekstremizm ideologiyası ilə ümumdünya mübarizə mərkəzinin mənzil-qərargahı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşəcək.
Bu barrədə “Ash Sharq al-Awsat” qəzeti məlumat yayıb.
Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirak edən dövlət və hökumət başçıları Səudiyyə Ərəbistanının bu barədə təklifini bəyənib.
Ekstremizm ideologiyası ilə ümumdünya mübarizə mərkəzinin əsas məqsədi ideoloji sferada ekstremist tendensiyaların yayılmasına qarşı mübarizə aparmaq, eyni zamanda dünyada ənənəvi, mülayim islamın əsaslarının möhkəmlənməsinə kömək etməkdir. Mərkəzin yaradılması Səudiyyə Ərəbistanının kralı Salman ben Abdel Əziz əl-Səudla ABŞ prezidenti Donald Trampın görüşündə razılaşdırılıb. Mərkəzin açılışı Ərəb-İslam-Amerika Sammiti başa çatandan sonra elan ediləcək. (APA)