XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 May 2017 - 14:09

Avropa Parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Mayın 22-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ziyafət Əsgərov Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana bu tərkibdə gəlməsindən məmnunluğunu ifadə edib. O, səfər zamanı əməkdaşlığın inkişafı istiqamətində səmərəli müzakirələr aparılacağına əminliyini bildirib.

Devid MakAlister deyib ki, səfərin məqsədi Azərbaycandakı vəziyyətlə tanış olmaqdır. O, Azərbaycan-Avropa İttifaqı əlaqələrindən söhbət açıb.

Görüşdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.