XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2017 - 17:17

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu –MEDAL SIRALAMASI

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman yarışları başa çatıb.

Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub – 75 qızıl, 50 gümüş, 37 bürünc medal.

71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.

Medalların ümumi sayına görə isə Türkiyə ilk yerdədir – 195 medal. Azərbaycan 162, İran idmançıları isə 98 medal qazanıb.

Ümumilikdə 40 ölkə müxtəlif əyarlı medallar əldə edib, 14 ölkə isə yarışları medalsız başa vurub.

Qeyd edək ki, bu gün Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçiriləcək.