XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2017 - 11:02

İkinci qəbul imtahanına 68 min abituriyent sənəd verib –DİM 2 milyon 725 min manat qazandı

Xəbər verdiyimiz kimi, ötən gecə ali məktəbələqə yayda – iyulda keçiriləcək ikinci qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.

Məlumata görə, ümumilikdə 68132 abituriyent ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yay imtahanında iştirak etdəcəyini təsdiqləyib.

Qeyd edək ki, iyulda keçiriləcək I-IV qruplar üzrə ikinci qəbul imtahanı bütün abituriyentlər üçün pulludur.

Modern.az saytı ikici qəbul imtahanına görə, DİM-in hesabına köçürülən vəsaitin həcmini hesablayıb. Hər bir abituriyentin imtahanda iştiraka görə 40 manat ödəniş etdiyini nəzərə alsaq, onda DİM-in hesabına 2 milyon 725 min 280 manat köçürüldüyünü qeyd edə bilərik.