XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

23 May 2017 - 13:18

“Şimşək çaxacaq, yağış yağacaq” –Sabahın hava proqnozu

Mayın 24-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə 15-17° isti, gündüz 21-26° isti, Bakıda gecə  15-17 isti, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 25-də arabir güclənən küləkli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacağı gözlənilir.