XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2017 - 13:56

Dövlət büdcəsinin icrasına dair illik hesabat geniş müzakirəyə çıxarılıb –Palatada

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabat geniş  müzakirə edilib.

Strateq.az Palataya istinadən xəbər verir ki, 5 bölmədən ibarət olan "Hesablama Palatasının Rəyi"nin tərtibinin hüquqi əsasları, məlumat bazası, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait, həmçinin gəlir və xərclərin təhlilinin nəticələri barədə məlumat verilib. Rəydə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumların Palataya təqdim etdiyi hesabatlara istinad olunduğu, eyni zamanda strukturunun və tərtibinin əvvəlki illərdə təqdim olunan Rəydən fərqli cəhətləri  diqqətə çatdırılıb.

Rəydə dövlət büdcəsi gəlirlərinin mənbələri, dövlət borcunun mövcud durumu, büdcə kəsiri və maliyyələşdirilmə mənbələri bağlı təhlilə geniş yer verildiyi, dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının bölmələri, köməkçi bölmələri və paraqrafları səviyyəsində ətraflı araşdırıldığı, Hesablama Palatasının apardığı nəzarət tədbirlərinin nəticələri əsasında tövsiyə və təkliflərin əks olunduğu bildirilib.  

İclas iştirakçıları Rəy barədə fikir və təkliflərini bildiriblər. Qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı Kollegiya Qərarı qəbul olunub. 

Onu da qeyd edək ki, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair "Hesablama Palatasının Rəyi" ilə saytın müvafiq bölməsindən tanış olmaq olar.