XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2017 - 14:50

Aydın Əliyev vətəndaşları qəbul etdi, müvafiq strukturlara tapşırıq verdi –FOTO

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən – Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.