XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

23 May 2017 - 16:40

Zakir Həsənov Türkiyənin müdafiə naziri ilə Gürcüstanda görüşdü –Müzakirə + FOTO

Bu gün Batumi şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin Milli Müdafiə naziri Fikri İşık arasında görüş keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, tərəflər Azərbaycan ilə Türkiyənin hərbi əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd ediblər.

Regional və qlobal səviyyədə sülhə və sabitliyə töhfə vermək məqsədilə fəaliyyətlərin davam etdirilməsi, birgə təlimlərin keçirilməsi, mütəxəssislərdən ibarət işçi görüşlərinin təşkili, eləcə də hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.