XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 22:54

Alman deputatları Türkiyəyə səfər etməkdən imtina ediblər –Səbəb

Almaniya Bundestaqının bir qrup deputatı Türkiyəyə planlaşdırılan səfəri ləğv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə alman mətbuatı məlumat yayıb.  

Qeyd edək ki, Bundestaqın vitse-prezidenti Klaudiya Rot (“Yaşıllar Partiyası”) və daha üç deputat 25-28 may tarixlərində Ankara, Diyarbəkir və İstanbula səfər etməyi planlaşdırıblarmış.

Səfər çərçivəsində Türkiyə XİN nümayəndələri, parlament rəhbərliyi və deputatlarla görüşlər nəzərdə tutulmuşdu.  

“İncirlik” aviabazasına baş çəkmək deputatlar planlarına daxil olmayıb.

Qərarın səbəbləri açıqlanmır. Səbəbləri Klaudiya Rot mayın 24-də açıqlayacağını bildirib.

Rəsmi Ankara bundan əvvəl alman deputatların  “İncirlik” aviabazasına səfərinin mümkünsüz olduğunu bəyan etmişdi.