XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 May 2017 - 11:47

Bakı Ticarət Festivalında 1,8 milyon manatƏDV müştərilərə qaytarılıb

Birinci Bakı Ticarət Festivalı çərçivəsində 1,8 milyon manat dəyərində ƏDV müştərilərə qaytarılıb.

Trend-in məlumatına görə, bunu festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O, şopinq festivalın iştirakçıları barədə məlumat verib:

“Birinci festivalda 205 mağaza iştirak edib. Onlardan 172-i ƏDV-nin qaytarılması proqramının iştirakçısı olub. “Tax free” sistemi çərçivəsində ümumi dövriyyəsi 18,17 milyon manat təşkil etmiş 23 242 hesab faktura təqdim edilib”.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Ticarət Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib. Növbəti festivalın keçirilməsi 2017-ci ilin sonuna nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.