Döyüşlər Kataf bölgəsində gedir
Səudiyyə ordusu bu gün iki ölkənin sərhədində Yəmən qiyamçıları ilə toqquşub.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, döyüşlər Kataf bölgəsində gedir.
“Katyuşa”lardan artilleriya atəşləri barədə məlumat verilir. Səudiyyə hərbçiləri “Apaçi” helikopterlərinin dəstəyi ilə vuruşurlar. Tərəflərin itkisi barədə məlumat verilmir.