XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2017 - 15:44

Təhsil Nazirliyindən təklif- Tədris ilinin müddəti ilə bağlı

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehli tədris ilinin müddətinin daha 2 həftə uzadılması təşəbbüsü ilə çıxış edərək bununla bağlı müzakirələrə başlamağı təşklif edib.

Trend-in məlumatına görə, C.Valehov özünün feysbuk səhifəsində qeyd edib ki, son günlərdə mediada və sosial şəbəkələrdə aparılan müzakirələrdə əsas diqqət tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsinə yönəldilir:

"İki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul etdi. Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik"