Fransa prezidenti Fransua Olland Parisdə baş vermiş terror aktları ilə əlaqədar Antalyada keçiriləcək G-20 sammitinə planlaşdırdığı səfəri ləğv edib.
APA-nın Euronews-a istinadən verdiyi məlumata görə, Fransanı zirvə toplantısında ölkənin xarici işlər naziri Loran Fabius təmsil edəcək.
Xtırladaq ki, Parisdə törədilən terror aktları nəticəsində, müxtəlif məlumatlara əsasən, 45-dən 150-dək adam ölüb.
Qeyd edək ki, noyabrın 15-16-də Türkiyənin Antalya şəhərində “Böyük iyirmiliyin”(G 20) sammiti keçiriləcək.